kitablar.com Authors Languages Formats Tags All books Contac Login
 

Əbdürrəhim bəy Haqverdiyev Seçilmiş əsərləri birinci cild

Əbdürrəhim bəy Haqverdiyev Seçilmiş əsərləri birinci cild

Tərtib edəni və ön sözün müəllifi: Kamran Məmmədov

XIX əsrin sonunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti
mərhələsini başa çatdıran Əbdürrəhim bəy Haqverdiyev realist ədəbiyyatı-
mızın və sənətimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. Onun
“Dağılan tifaq” əsəri Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”ini tamam-
layan və davam etdirən ikinci faciədir. Dramaturgiyamızın sonrakı mərhələ-
sində əsasında maarifçi məfkurə dayanan belə möhtəşəm sosial faciələrə
daha rast gəlinmir.
“Seçilmiş əsərləri”nin birinci cildinə ədibin dram əsərləri daxil
edilmişdir. Tariximizin mühüm bir dövrünü əks etdirən bu əsərlər XX yüzilin
əvvəlində Azərbaycan səhnəsində gedən axtarışları ifadə edən səciyyəvi
bədii nümunələrdir.

Klassik ədəbiyyat
Format Size
PDF 1.3 MB Download